Türkiyə meymunçiçəyi ilə mübarizəyə hazırdır

Dünya

24.08.2024 11:22

“Türkiyə həm meymunçiçəyinin, həm də digər yoluxucu xəstəliklərin yayılma ehtimalına hazırdır”.

TodayPress xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu deyib.

O, meymunçiçəyi virusu ilə bağlı əhaliyə çağırış edib. Nazir insanlara diqqətli olmağı, xüsusilə şəxsi gigiyena qaydalarına əməl etməyi tövsiyə edib:

“Əsas diqqət edilməli məsələ şəxsi gigiyenadır. Həmçinin, biz həm sərhədlərdə, həm də ölkə daxilində lazımi tədbirlər görmək, o cümlədən vaksinasiya prosesi həyata keçirmək iqtidarındayıq. Ona görə də qorxuya, panikaya ehtiyac yoxdur. Hələ ki, memymunçiçəyi diaqnozu qoyulmuş xəstəmiz yoxdur. Olarsa da, öhdəsindən gələrik”.

Töhfə Səməd

tag: Meymunçiçəyi,Virus,Səhiyyə Xidməti,Türkiyə,Kemal Memişoğlu,todaypress.az,