Türkiyə meşələri yanır
Dünya
08.07.2024 17:45
Türkiyənin Muğla bölgəsində meşə yanğını hadisəsi baş verib.
TodayPress xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Yanğının söndürülməsi məqsədilə 4 təyyarə, 4 helikopter, 15 su tankeri, 7 su təchizatı çəni və 1 dozer cəlb olunub. Alovun ram edilməsi üçün havadan və qurudan müdaxilə edilir.
Manisa şəhərində də meşə sahələri yanıb. Hər iki hadisənin baş vermə səbəbi hələ ki, məlum deyil.
Xatırladaq ki, son zamanlar Türkiyənin fərqli bölgələrində meşə yanğınları qeydə alınıb. Onlardan bəzilər təbii formada baş versə də, bir çoxu süni yaradılıb.
Töhfə Səməd
tag: Türkiyə, Yanğın, Meşə, Təyyarə, Helikopter, Manisa, todaypress.az,