Türkiyə Mərkəzi Bankı bir gündə milyardlarla dollar satdı

Dünya

19.03.2025 15:18

3068

Türkiyə lirəsinin (TL) kəskin ucuzlaşmasının qarşısını almaq üçün Türkiyə Mərkəzi Bankı (TCMB) əlavə dollar satışı həyata keçirib.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, Mərkəzi Bank bazardakı dəyişkənliyə qarşı lazım gəldikdə müdaxilə edir.   

Bankların bu gün 8-9 milyard dollar arasında valyuta satışı həyata keçirdiyi açıqlanıb.

Lakin bəzi qiymətləndirmələrə görə, bu rəqəm 10 milyard ABŞ dollarına qədər ola bilər

Qeyd edək ki, Türkiyədə baş verən hadisələr fonunda bu gün dollar/TL məzənnəsi 11% ucuzlaşaraq 41 TL-yə qədər enib.

Bu isə ən yeni rekord hesab edilir.

tag: Türkiyə,Mərkəz Bankı,Dollar,Xərc,Enmə,Todaypress.az,