Türkiyə Livandakı vətəndaşlarını təxliyə edəcək
Dünya
01.10.2024 21:07
Livanda
təhlükəsizlik vəziyyətinin daha da pisləşəcəyi ehtimalına qarşı Türkiyə bu
ölkədəki vətəndaşlarını təxliyə edəcək.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi
açıqlama verib.
Məlumata əsasən,
təxliyə prosesi ilə bağlı aidiyyəti qurumlar səfərbər edilib. Livandakı
türklərin dəniz və ya hava yolu ilə çıxarılması üçün alternativ planlar
hazırlanıb, qaynar xətt yaradılıb.
Nazirlik digər
ölkə vətəndaşlarının Türkiyə vasitəsilə təxliyəsi ilə bağlı müvafiq qurumlarla
danışıqların aparıldığını, indiyədək dəstək istəyən 20-yə yaxın dövlətlə lazımi
hazırlıqların davam etdirildiyini bildirib.
tag: Livan, Türkiyə, Təxliyyə,XİN,todaypress.az,