Türkiyə Livana peycerin göndərilməsini dayandırdı

Dünya

06.05.2025 20:00

22

Türkiyə xüsusi xidmət orqanları (MİT) İstanbul hava limanında içərisində partlayıcı maddələr olan 1300 peycer və şarj cihazından ibarət yükü ələ keçirib. 

TodayPress xəbər verir ki, "Sabah" məlumat yayıb.

Buna səbəb 2024-cü ilin sentyabrında Livanda baş verən kütləvi partlayışlardır. Həmin peycerlər, Livanda partlatılanlarla eyni modeldə olub.

Yük ekspertiza üçün göndərildikdən sonra məlum olub ki, peycer və doldurucularda partlayıcı maddələr aşkar edilib. Mütəxəssislər onların batareyalarının intensiv radiosiqnal və ya müvafiq əmri aldıqda qızışaraq partlayışa səbəb ola biləcəyini müəyyən ediblər.

Türkiyə kəşfiyyatçıları şübhələniblər ki, bu peycerlər partlayıcı maddələrlə doldurulub və yükün sənədində “qida prosessoru” kimi qeyd edilib.

Ələ keçirilən texnika təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib. 

Türkan İsgəndərli

tag: Türkiyə,Livan,MİT,Peycər,todaypress.az,