Türkiyə İraqda hava əməliyyatı keçirdi, 25 hədəf məhv edildi
Türkiyə ordusu tərəfindən İraqın şimalındakı Qara, Qəndil və Asos bölgələrində hava əməliyyatı keçirib. Aralarında terrorçuların başçılarının da olduğu mağaralar, bunkerlər, sığınacaqlar, anbarlar və digər obyektlər də daxil olmaqla 25 hədəf məhv edilib.
TodayPress xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində çox sayda terrorçu zərərsizləşdirilib. Həmçinin yaraqlılara məxsus xeyli sayda silah və sursat ələ keçirilib.
Töhfə Səməd
tag: Türkiyə, Qara, Qəndil, Asos, Terror, todaypress.az,