Türkiyə-İran sərhədində 4,3 maqnitudada zəlzələ oldu
Türkiyə-İran sərhədində 4,3 maqnitudada
zəlzələ olub.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin
Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət Hakkari şəhərində qeydə
alınıb.
Zəlzələ ocağı 5,44 kilometr dərinlikdədir.
Təbii fəlakətin fəsadları barədə hələlik məlumat yoxdur.
tag: Türkiyə, İran ,Zəlzələ, Fəlakət, todaypress.az,