Türkiyə ilk dəfə olaraq ABŞ-dən kənarda döyüş təyyarələri alacaq

Dünya

12.10.2024 12:50

891

Almaniya istehsalı olan “Eurofighter” hərbi təyyarələrinin alınması ilə bağlı razılaşma təsdiqlənərsə, Türkiyə tarixində ilk dəfə olaraq ABŞ-də istehsal olunmayan döyüş təyyarələrini uçurmağa başlaya bilər.   

TodayPress xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb .

“Ən böyük üstünlük, “Eurofighter” ilə ilk dəfə əldə edəcəyimiz AESA radarlı qırıcıya sahib olmaqdır. Dünyada hava münaqişələrinin gedişatı dəyişib. İndi artıq “it döyüşü” dövrü deyil, müasir radarlardan və raket buraxılışlarından istifadə etməklə düşmənin erkən aşkarlanması dövrüdür” nəşr qeyd edir. 

Türkiyənin beşinci nəsil milli döyüş təyyarəsi KAAN-ın hazırlanması layihəsindən imtina etməyəcəyi dəqiqləşdirilir. 

“Biz 200 təyyarədən ibarət donanmaya çatmaq vəzifəsi qarşısındayıq və o vaxta qədər səmanı ən yaxşı şəkildə qorumalıyıq. Bu səbəbdən biz “Eurofighters” alırıq” nəşr vurğulayıb. 

Günəş Mərd

tag: Türkiyə,ABŞ,Təyyarə,Eurofighter,Todaypress.az,