Türkiyə ilə Qətər arasında səkkiz saziş imzalandı
Dünya
14.11.2024 21:23
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Qətər Əmiri Təmim bin Həməd Əl-Tanini Ankarada Ağ Sarayda qəbul edib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə KİV
məlumat yayıb.
Məlumata görə, Əl-Tani Türkiyə-Qətər Ali Strateji
Komitəsinin 10-cu iclasında iştirak etmək üçün Ankaraya gəlib.
“Biz Qətər əmirini, əziz qardaşım Təmim bin Həmədi və
onun nümayəndə heyətini Prezident sarayında qəbul etdik və çox məhsuldar
danışıqlardan sonra 8 müqavilə imzaladıq. Dost və qardaş Qətərlə sıx
əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik” Ərdoğan “X” sosial şəbəkəsində
yazıb.
Qeyd olunur ki, görüşdən sonra tərəflər müxtəlif
sahələrdə, o cümlədən humanitar yardım, rabitə və media, idman, avtomobildə
sərnişin və yük daşımaları sahəsində, müdafiə qurumları arasında texniki
əməkdaşlığa dair ikitərəfli əməkdaşlıqla bağlı səkkiz saziş imzalayıblar.
tag: Türkiyə, Qətər, Əl-Tani, Saziş, todaypress.az,