Türkiyə hərbçiləri Suriya və İraqın şimalında 21 terrorçunu öldürdü

Dünya

25.12.2024 13:21

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdikləri antiterror əməliyyatı nəticəsində 21 terrorçu öldürülüb.

TodayPress xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Suriyanın şimalında “Fırat kalkanı” və “Barış pınarı” antiterror bölgələrində PKK/YPG terror qruplaşmasının 20 silahlısı, İraqın şimalında “Pençe-Kilit” əməliyyat ərazisində isə bir terrorçu öldürülüb.

Məlumata görə, antiterror bölgələrində əməliyyat davam edir.

tag: Suriya, Türkiyə ,Hərbi ,İraq ,todaypress.az,