Türkiyə hərbçiləri PKK terror qruplaşmasının 11 üzvünü məhv etdi
Dünya
13.07.2024 15:52
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror qruplaşmasının 11 üzvünü məhv edib.
TodayPress xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Qeyd olunub ki, terrorçular İraqın şimalında Hakurk və Gara bölgələrində aşkarlanaraq zərərsizləşdirilib.
Onların Türkiyəyə və onun hərbçilərinə qarşı müxtəlif silahlı hücumlarda iştirak etdikləri qeyd olunub.
tag: Türkiyə,Hərbçilər, Hücum, PKK, İraq, todaypress.az,