Türkiyə əməliyyat keçirdi, PKK-nın liderlərindən biri məhv edildi
Dünya
20.08.2024 11:38
Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Hakurk bölgəsində növbəti əməliyyatını keçirib.
TodayPress “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK/KCK terror qruplaşmasının üzvlərindən olan Zilan Azak öldürülüb. Onun kod adının “Sema Cuya Çevlik” olduğu bildirilir.
Məlumata görə, adıçəkilən terrorçu təşkilatın dron hücumlarında iştirak edirdi.
Onun yerini MİT-in agentləri müəyyənləşdirib.
Z.Azak 2015-ci ildə terrorçuların sıralarına qoşulub.
tag: Türkiyənin Milli Kəşfiyyat İdarəsi, İraq, Hakurk, PKK,Türkiyə, todaypress.az,