Türkiyə əcnəbilərdən barmaq izi götürəcək

Dünya

26.08.2024 13:11

“Türkiyədə xarici vətəndaşlardan barmaq izinin alınması layihəsinin elan edilməsi turistlər üçün problem yaratmayacaq”.

TodayPress xəbər verir ki, bunu Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) rəhbəri Firuz Bağlıkaya bildirib.

TÜRSAB rəhbəri qeyd edib ki, barmaq izi toplama sistemi bir neçə il ərzində mərhələlərlə tətbiq olunacaq. 

Onun sözlərinə görə, bu, kiçik bir proses olduğuna görə,  turistlər Türkiyəyə daxil olarkən vaxt itirməyəcəklər.

 Töhfə Səməd

tag: Türkiyə, TÜRSAB,Türkiyə Səyahət Agentlikləri Birliyi ,Turistlər,