Türkiyə DİN ölkəsinə qayıdan suriyalıların sayını açıqladı

Dünya

15.12.2024 10:15

2605

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayını açıqlayıb.

TodayPress xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə yazıb.

Yerlikaya “Suriyanın azadlığına qovuşmasından öncə” Türkiyədən ölkəsinə qayıdan suriyalıların dekabrın 6-da 310, dekabrın 7-də 176 və dekabrın 8-də isə 240 nəfər olduğunu qeyd edib.

DİN rəhbəri sonrakı günlərdə kəskin artım olduğuna diqqət çəkib. Belə ki, onun sözlərinə görə, dekabrın 9-da 1 259, dekabrın 10-da 1 669, dekabrın 11-də 1 293, dekabrın 12-də 1 553, dekabrın 13-də 1 847 suriyalı vətəninə qayıdıb.

tag: Türkiyə,DİN,Ali Yerlikaya,Bəşər Əsəd,todaypress.az,