Türkiyə BRİKS yolunda
Dünya
04.06.2024 14:30
Türkiyə BRİKS-ə qoşulmaq istəyir və bu məsələni assosiasiya ölkələrinin Nijni Novqorod sammitində müzakirə etmək niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“Əlbəttə, biz BRİKS-ə üzv olmaq istərdik” deyən Hakan Fidan əlavə edib ki, BRİKS ölkələrinin xarici işlər nazirlərinin Nijni Novqorodda iyunda keçirilməsi planlaşdırılan görüşündə də iştirak etmək niyyətində olduğunu qeyd edib.
Qeyd edək ki, oktyabrda Kazanda BRİKS ölkələrinin16-cı sammiti baş tutacaq.
Günəş Mərd
tag: Dünya, BRİKS, Türkiyə, Nijni Novqorod, Kazan, todaypress.az,