Türkiyə BRICS-ə tərəfdaş ölkə statusunu nəzərdən keçirir
Dünya
19.11.2024 22:15
Türkiyə BRICS
tərəfindən ölkəyə təklif olunan tərəfdaş ölkə statusunu nəzərdən keçirir.
TodayPress xəbər verir ki, bu
barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyada keçirilən G-20
sammiti çərçivəsində baş tutan mətbuat konfransı zamanı bildirib.
Ərdoğan, jurnalistin “Türkiyə bu təklifi qəbul edibmi?” sualına cavabında rəsmi Ankaranım bu məsələ üzərində işlədiyini və zamanı gəldikdə BRİCS Sədrliyinin lazımi cavabla məlumatlandırılacağını qeyd edib.
tag: Ərdoğan, Türkiyə, BRİCS,G-20, Braziliya, Sammit, todaypress.az,