Türkiyə BRICS-ə qoşulmaq üçün müraciət etdi

Dünya

02.09.2024 15:20

Türkiyə BRICS-ə daxil olmaq üçün müraciət edib.

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.    

Qeyd edək ki, bundan öncə avqustun 20-də Azərbaycan BRICS-ə qoşulmaq üçün rəsmi ərizə təqdim etmişdi. 

Xatırladaq ki, hazırda təşkilatın 9 üzvü var: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri.

Günəş Mərd

tag: Türkiyə, BRICS, Azərbaycan,Rusiya, Hindistan ,Çin, Misir, İran ,todaypress.az,