Türkiyə Almaniyadan hərbi təyyarə alacaq
Dünya
11.10.2024 00:18
Türkiyə hökuməti “Eurofighter Typhoon” hərbi təyyarələrinin
satın alınması ilə bağlı Berlindən müsbət cavab gözləyir.
TodayPress “Deutsche Welle”yə istinadla xəbər verir ki, Almaniyanın silah ixracatından məsul İqtisadiyyat Nazirliyi DPA agentliyinin məsələ ilə bağlı sorğusunu “Almaniya hökuməti prinsip etibarilə davam edən proseslər barədə şərh vermir” şəklində cavablandırıb.
Məlumatda qeyd olunub ki, Türkiyə hökuməti Almaniya,
İngiltərə, İtaliya və İspaniyanın formalaşdırdığı konsorsium tərəfindən
istehsal edilən “Eurofighter Typhoon” hərbi təyyarələrindən 40 ədəd satın almaq
istəyir. Bu təyyarələrin istehsalında Almaniya da iştirak etdiyi üçün ixrac
proseduru rəsmi Berlin tərəfindən də təsdiq olunmalıdır. Türkiyə ixracla bağlı
keçən ildən etibarən Almaniyadan təsdiq gözləyir. Milli müdafiə naziri Yaşar
Güler daha əvvəl verdiyi açıqlamada Türkiyənin İngiltərə və İspaniyanın məsələ
ilə bağlı təsdiqini aldığını bildirib.
tag: Türkiyə, ALmaniya, İngiltərə, Təyyarə, todaypress.az,