Türkiyə ABŞ-yə xəbərdarlıq etdi
Dünya
12.12.2024 12:14
Türkiyə ABŞ-yə Suriyanın şimalında Kürdüstan Fəhlə Partiyası (Türkiyədə terrorçu kimi tanınan PKK) ilə əlaqəli qüvvələrin mövcudluğuna son qoymağın zəruriliyi ilə bağlı xəbərdarlıq edəcək.
TodayPress xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Bildirilib ki, əks halda Ankaranın özü bölgəni terrorçulardan təmizləmək üçün tədbirlər görəcək.
Türkiyə tərəfinin bu mesajı Ankarada respublikanın xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında dekabrın 13-nə planlaşdırılan danışıqlarda açıqlanacaq.
Türkiyə tərəfi həmçinin Vaşinqtonun Suriya ilə bağlı öhdəliklərini yerinə yetirməməsinə, PKK və onun Suriya qolu olan Xalq Müdafiə Qüvvələrinə (SDQ) dəstəyi dayandırmağın vacibliyinə diqqət çəkəcək.
Ankara dəfələrlə ABŞ və NATO müttəfiqlərini PKK-nı dəstəklədiklərinə görə tənqid edib. Türkiyə hakimiyyəti həmçinin qonşu ölkə ilə sərhədin 600 kilometrlik hissəsinə nəzarəti təmin etmək və onun ərazisindən gələn terror təhlükələrini minimuma endirmək üçün Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasını başa çatdırmaq niyyətində olduqlarını açıqlayıb.
Töhfə Səməd
tag: Türkiyə, ABŞ, PKK, Suriya, todaypress.az,