Türkiyə ABŞ-nin Ukrayna məsələsində aciz olduğunu açıqladı
Dünya
12.09.2024 09:42
“ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris Ukraynadakı münaqişəni idarə edə bilmirlər”.
TodayPress xəbər verir ki, bunu türkiyəli analitik Engin Özer “RİA”ya müsahibəsində siyasətçilərin Ukrayna məsələsindəki acizliyindən danışıb.
O, qeyd edib ki, namizədlər Ukrayna ilə bağlı müxtəlif mövqelərdən çıxış edirlər. Belə ki, Tramp müəyyən bir düsturdan istifadə edərək münaqişəni dayandırmaq, Harris isə Kiyevi dəstəkləməyə davam etmək niyyətindədir.
“Amerika seçkilərinin nəticəsi, əlbəttə ki, müharibənin gedişatı üçün vacibdir, lakin bu, yeganə parametr deyil” deyə Özer bildirib.
O, əlavə edib ki, Tramp və Harris öz vədləri və ya bəyanatları ilə Ukrayna münaqişəsini idarə etmək iqtidarında deyillər.
Töhfə Səməd
tag: Ukrayna ,Amerika, Tramp, Harris, Münaqişə, todaypress.az,