“Turkish Airlines” şirkəti artıq Tehrana uçmayacaq

Dünya

09.07.2024 15:52

682

İranın Ali mədəni inqilab Şurasının nümayəndələri məcburi hicab qaydalarına əməl etmədiyi üçün Türkiyənin “Turkish Airlines” aviaşirkətinin Tehrandakı təmsilçiliyini möhürləyib.

TodayPress xəbər verir ki, bu barədə məlumatı İranın rəsmi dövlət KİV-i yayıb.

Bildirilib ki, nümayəndəliyin ofisinə polis yerləşdirilib.

tag: Turkish Airlines, Tehran, İnqilab Şura, Türkiyə, Hicab Qaydaları, todaypress.az,