Türk ordusu daha bir qrup terrorçunu məhv etdi

Dünya

01.09.2024 13:55

2048

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında keçirdiyi əməliyyatlar nəticəsində 17 terrorçunu zərərsizləşdirib.

TodayPress xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində İraqın şimalında Qara, Metina və Pəncə-Kilid əməliyyatı bölgələrində müəyyən etdiyi 15 PKK terrorçusu və Suriyanın şimalındakı Mənbic bölgəsində isə 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Töhfə Səməd

tag: Türkiyə, İraq, Nazirlik, Terrorçu, Mehmetçik, todaypress.az,