Türk Hava Yolları Rusiyaya bütün uçuşları ləğv etdi

Dünya

08.05.2025 14:37

14

Türk Hava Yolları (THY) Türkiyənin məşhur kurort şəhərləri olan Dalaman, Antalya və Bodrumdan Rusiyaya bütün uçuşları dayandırıb. 

TodayPress xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

Məlumata görə, ləğv edilən reyslər Rusiyanın müxtəlif şəhərlərinə, o cümlədən paytaxt Moskva istiqamətində nəzərdə tutulub. Hazırda turoperatorlar yaranan vəziyyəti telefon vasitəsilə müştərilərlə koordinasiya etməyə çalışırlar.

Bu qərar Rusiyadakı hava limanlarında uçuşların kütləvi gecikməsi və ləğvi ilə əlaqəlidir. Təkcə Antalyadan Moskva və Sankt-Peterburqa 16 reys ləğv olunub.

Qeyd edilir ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra Rusiya hava limanlarında mayın 6 və 7-də məhdudiyyətlər tətbiq olunub.

Aviaşirkətlər cədvəldəki problemləri aradan qaldırmaq üçün tədbirlər görür.

Türkan İsgəndərli

tag: Türkiyə,Rusiya,Uçuş,Bodrum,todaypress.az,