Türk Hava Yolları Moskvaya uçuşları bərpa edir

Dünya

09.05.2025 10:52

11

Türk Hava Yolları Moskvaya uçuşları bərpa edib.

TodayPress xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.

İlk uçuş bu gün Bakı vaxtı ilə 08:27-də Antalyadan Moskva itiqamətində olub.

Xatırladaq ki, şirkət mayın 8-də Antalya, Bodrum və Dalaman kurortlarından Rusiyaya bütün reysləri ləğv edib.

Türk Hava Yollarının mayın 8-də ləğv etdiyi bütün reysləri "Azur Air" və "South Wind" daşıyıcıları öz üzərinə götürüb.

Töhfə Səməd

tag: Türk Hava Yolları,Moskva,Bodrum ,Dalaman ,Antalya,todaypress.az,