Türk Hava Yolları məşhur aşpaza 1 il uçuş qadağası qoydu
Türk Hava Yolları Türkiyədə plovu ilə məşhur olan Nedim Şahinə 1 il uçuş qadağası qoyub.
TodayPress NTV Haber-ə istinadla xəbər verir ki, Nedim Şahin uçuş zamanı özünə məxsus brend düyü yeyərkən çəkilmiş görüntüləri sosial şəbəkədə paylaşıb. Görüntülər sosial mediada paylaşıldıqdan sonra aviaşirkət hərəkətə keçib və Şahinə 1 il müddətinə THY uçuşlarından qadağa qoyulub.
Qurumun rəsmiləri THY-nin marka dəyərinə xələl gətirdiyi səbəbiylə Nedim Şahinin 1 il THY-dən bilet ala bilməyəcəyini açıqlayıb.
GÜNEL
tag: Aşpaz,Nedim Şahin, Tür Hava Yolları, Brend, todaypress.az,