Türk Hava Yolları İrana uçuşları təxirə saldı

Dünya

03.08.2024 02:00

2590

“Türk Hava Yolları” (THY) və “Ajet” aviaşirkətləri şənbəyə keçən gecə Tehrana uçuşları ləğv edib və ya vaxtını dəyişdirib.

TodayPress Türkiyə mediasına istinadən xəbər verir ki, THY aviaşirkəti bəyanat yayaraq səfərlərin İsrail ilə İran arasındakı gərginlik səbəbindən müvəqqəti dayandırıldığını bildirib. Uçuşların avqustun 3-ü səhər saatlarından etibarən həyata keçirilməsi gözlənilir.

tag: THY, Ajet, İran, İsrail, todaypress.az,