"Türk Hava Yolları" Bişkekə uçuşları qarşılıqlı olaraq ləğv etdi

Dünya

07.12.2024 04:44

"Türk Hava Yolları" (THY) şirkəti Qırğızıstanın paytaxtı Bişkekə olan uçuşları qarşılıqlı olaraq ləğv edib.

TodayPress Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə THY-dən bildirilib.

Qeyd olunub ki, bu gün və sabah üçün nəzərdə tutulmuş səfərlər ləğv olunub.

Buna səbəb əlverişsiz hava şəraitidir.

 

tag: Türkiyə, Qırğızıstan, Bişkek, Hava Yolları, Ekologiya, todaypress.az,