Tunis sahillərində 27 miqrant həlak oldu

Dünya

02.01.2025 18:40

Saxaradan cənubdakı Afrika ölkələrindən olan miqrantları daşıyan iki qayığın Tunis sahillərində qəzaya uğraması nəticəsində ən azı 27 nəfər həlak olub.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Məlumata görə, 83 nəfər xilas edilib. 

Hadisə Sfaks şəhəri yaxınlığında baş verib. 

Ölənlər arasında qadın və uşaqlar var. 

Qeyd olunub ki, qayıqlarda ümumilikdə təxminən 110 nəfər olub.

tag: Tunis ,Qəza ,Həlak, Sahil ,todaypress.az,