Tükiyə və ABŞ müdafiə nazirləri Suriyanı müzakirə etdi
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Pentaqon rəhbəri Lloyld Ostinlə telefonla danışıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər Suriyadakı son vəziyyəti müzakirə ediblər.
Onlar həmçinin, regional və beynəlxalq müdafiə və təhlükəsizlik məsələləri barədə də fikir mübadiləsi aparıblar.
tag: Türkiyə,ABŞ,Pentaqon,Suriya,Todaypress.az,