TŞ-nin sədr müavini Şolz və Makronu istefaya çağırdı
Dünya
10.06.2024 16:20
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makronu istefaya çağırıb.
TodayPress xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, bildirib ki, Avropa Parlamentinə (AP) seçkilərin nəticələrindən sonra Şolz və Makron istefa verməlidir.
Medvedevin sözlərinə görə, Şolz və Makron “tarixin zibilliyinə” getməlidirlər.
Günəş Mərd
tag: Şolz, Makron, Rusiya, Dünya, Seçki, todaypress.az,