"$TRUMP" kriptovalyutası buraxıldı

Dünya

18.01.2025 18:15

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp öz kriptovalyutası olan $TRUMP adlı memkoinini satışa çıxardığını elan edib.

TodayPress xəbər verir ki, o, özünün “Truth Social” və “X” hesablarından yazıb.

Memkoin satış saytının əsas səhifəsində Tramp tərəfdarlarını salamlayan obrazda təsvir edilib.

Memkoinin emblemi isə 2024-cü il iyulun 13-də ona qarşı sui-qəsd cəhdindən sonra qaldırılmış əlini təsvir edir.

Qeyd edək ki, açıqlandıqdan bir saat sonra isə bu kriptovalyuta artıq 10 milyard dollardan çox bazar dəyəri ilə ticarət olunub.


Nicat Osman

tag: Trump, Kriptovalyuta, Truth Social, Valyuta, Dünya, todaypress.az,