“Trump 2028” məhsulları satışa çıxarıldı

Dünya

25.04.2025 10:40

51

ABŞ prezidenti Donald Trampın internet mağazası onun üçüncü dəfə prezidentliyə namizəd olmaq istəyinə işarə edən məhsulları satışa çıxarıb.

TodayPress xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Mağazada “Trump 2028” şüarı yazılmış köynək və papaqlar yer alıb.

Göy və qırmızı rəngdə olan, üzərində “Trump was right about everything" (Tramp hər şeydə haqlı idi) yazılmış köynəklər 36 dollara təklif olunur.

Qəzet qeyd edir ki, bu satış kampaniyası Trampın populyarlığının azaldığı dövrdə başlayıb.

Qeyd edək ki, Donald Tramp daha əvvəl ABŞ Konstitusiyasına əsasən prezidentin yalnız iki müddətə seçilə bilməsinə baxmayaraq, üçüncü dəfə namizədliyini irəli sürməyi istisna etməyib.

Türkan İsgəndərli

tag: Donald Tramp,Məhsul,Prezident,ABŞ,todaypress.az,