Trampla Harrisin debat tarixi məlum oldu

Dünya

26.07.2024 10:40

ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp arasında debat sentyabrın 10-da baş tutacaq.

TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bildirilib ki, görüş “ABC News” tərəfindən aparılacaq. 

Donald Tramp əvvəlcə “ABC News”un debat keçirməsinə qarşı olub, onu ciddi qəbul etməyib, lakin sonradan rəqibi ilə qarşı-qarşıya gəlməyə razılıq verib.

Harris də öz növbəsində sentyabrın 10-da Trampla debata hazır olduğunu açıqlayıb: “Tramp sentyabrın 10-da müzakirələrə razılıq verdi. İndi deyəsən geri çəkilir. Mən isə hazıram”.

Töhfə Səməd

tag: Tramp, Harris, ABŞ, Debat, Namizədlik, todaypress.az,