Trampın Ukraynada mümkün sülh planının məqamları üzə çıxdı
Dünya
20.01.2025 13:45
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planına iki maddə daxil ola bilər.
TodayPress xəbər verir ki, bu barədə "RBK-Ukrayna" mənbələrinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, birinci parametr Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı olacaq.
Trampın Ukrayna ilə bağlı mümkün sülh planının ikinci bəndi, ehtimal ki, münaqişənin dondurulması və cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə bağlı olacaq. Ancaq nəşrin mənbələrinə görə, Kiyev hadisələrin bu inkişafından məmnun olmayacaq.
Töhfə Səməd
tag: Tramp, Ukrayna, ABŞ, Müharibə,Dünya,todaypress.az,