Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kiyevə səfərini təxirə saldı
Dünya
07.01.2025 11:01
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə və digər Avropa paytaxtlarına səfərini yanvarın 20-də Trampın andiçmə mərasiminə qədər təxirə salıb.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Tramp administrasiyasının nümayəndəsinin Kiyevə ilk səfəri yanvarın əvvəlində baş tutmalı idi. Kelloqun komandası Avropanın digər paytaxtlarına, o cümlədən Roma və Parisə də səfərlər planlaşdırırdı.
Tramp vəzifəyə gəldikdən sonra Kelloqun Ukraynaya səfəri gözlənilir, lakin tarixi hələ müəyyən edilməyib.
Xatırladaq ki, ötən il noyabrın 27-də Tramp Kelloqu köməkçisi və ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsinə irəli sürüb. Kelloq Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. O, Moskva və Kiyevi mövcud cəbhə xəttini düzəltmək yolu ilə dialoqu bərpa etməyə inandığını bildirib.
Töhfə Səməd
tag: Tramp, Kelloq ,Moskva, ABŞ, todaypress.az,