“Trampın Ukrayna planı qeyri-real görünür”
Dünya
30.10.2024 09:48
“Əgər Donald Tramp prezident seçkilərində qalib gəlsə, onun bir günə Ukraynadakı münaqişəyə son qoya biləcəyi ehtimalı qeyri-real görünür”.
TodayPress xəbər verir ki, bunu Stenford Universitetinin professoru, Donald Tramp administrasiyasında ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma şöbəsinin baş məsləhətçisi Rassel Berman deyib.
“Tramp nəinki bir gündə sülhü əldə etmək istəyir, hətta Ağ Evə girməzdən əvvəl bunu etməyi planlaşdırdığını deyir. Lakin bu tamamilə qeyri-realdır, çünki inauqurasiyaya qədər o, yalnız vətəndaş olaraq qalacaq” deyə Berman respublikaçı namizədin bəyanatlarını dəyərləndirib.
Bundan əlavə, Trampın Ukrayna ilə bağlı planının nəyi ehtiva etdiyi hələ də tam aydın deyil. Bermanın sözlərinə görə, bu ideya Riçard Niksonun 1968-ci il seçkiləri zamanı danışdığı, lakin sonrakı illərdə heç vaxt həyata keçirilməyən Vyetnam müharibəsini bitirmək planına bənzəyir.
Professor hesab edir ki, eyni zamanda, Donald Trampın ABŞ prezidenti Cozef Bayden və Demokratlar Partiyasının namizədi Kamala Harrisdən fərqli olaraq, hərbi əməliyyatların dayandırılmasına böyük əhəmiyyət verdiyi aydındır.
Töhfə Səməd
tag: Tramp, Ukrayna, ABŞ, Bayden,Seçki, todaypress.az,