Trampın Ukrayna ilə bağlı açıqlamaları seçki ritorikasıdır

Dünya

28.08.2024 15:56

“ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsindəki əməliyyatlarına görə yeni dünya müharibəsi təhlükəsindən danışarkən qismən haqlı idi”.

TodayPress xəbər verir ki, bunu “RT”yə danışan rusiyalı politoloq İvan Mezyuxo deyib. 

Politoloq xatırladıb ki, məhz Trampın prezidentliyi dövründə ABŞ Ukraynanı aktiv şəkildə silahlandırıb və Rusiyaya qarşı sanksiyalar tətbiq edib. O, vurğulayıb ki, məhz bu hərəkətlər potensial hərbi qarşıdurmanı yaxınlaşdırır.

Ekspert əlavə edib ki, Trampın bəyanatı onun əsas rəqibi Kamala Harrisə qarşı səsləndirilmiş seçki ritorikası kimi qəbul edilməlidir.

Töhfə Səməd

tag: Tramp, Ukrayna, Rusiya, ABŞ,Kamala Harris, todaypress.az,