Trampın Teylor Svitlə bağlı açıqlaması gündəm oldu
Dünya
11.06.2024 20:00
ABŞ-nin keçmiş prezidenti Donald Tramp bu dəfə məşhur müğənni Teylor Sviftlə bağlı açıqlamaları gündəmə gəlib.
TodayPress xəbər verir ki, ABŞ prezident seçkilərində yenidən namizəd olan Tramp “Variety” nəşrini baş redaktoru Ramin Setoodenin qələmə aldığı kitabda müğənni haqqında fikirlərini bölüşüb.
Taylor Sviftin nə qədər gözəl olduğunu vurğulayan Tramp, “Düşünürəm ki, o gözəldir. Həm də həddindən artıq gözəldir. Ancaq liberaldır. Onu da çox gözəl bilirəm ki, o Trampı sevmir”
Siyasi fikirlərini uzun müddət gizli saxlamağa üstünlük verən Svift son illərdə verdiyi açıqlamaların birində, “Əvvəllər siyasi fikirlərimi açıq şəkildə ifadə etməkdən çəkinmişəm, lakin son iki ildə həyatımda və dünyada baş verən bəzi hadisələrə görə indi bu barədə çox fərqli düşünürəm” demişdi.
Xatırladaq ki, 2020-ci ildə Co Bayden və Kamala Harrisi dəstəklədiyini açıqlayan Svift, Donald Trampa qarşı olduğunu açıq şəkildə ifadə etmişd.
GÜNEL
tag: Donald Tramp, ABŞ, Teylor Svift, Co Bayden, todaypress.az,