Trampın təhlükəsizliyi gücləndirildi
Dünya
15.07.2024 17:00
ABŞ Məxfi Xidməti Pensilvaniya ştatında mitinq zamanı sui-qəsd cəhdindən sonra prezidentliyə namizəd Donald Trampın mühafizəsini gücləndirib.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidmətinin direktoru Kim Çitl açıqlama verib.
“Seçki kampaniyasının sonuna qədər Donald Trampın davamlı müdafiəsini təmin etmək üçün onun təhlükəsizliyini daha da gücləndirdik” deyə Çitl qeyd edib.
Bildirilib ki, xidmət gələcəkdə baş verə biləcək buna bənzər hadisələrin qarşısını almaq üçün daha operativ fəaliyyət göstərəcək.
Günəş Mərd
tag: ABŞ, Tramp, Seçki, Hadisə, Təhlükəsizlik, todaypress.az,