Trampın sui-qəsdə uğraması səhmlərinə müsbət təsir göstərdi
Dünya
15.07.2024 17:35
ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı edilən sui-qəsddən sonra “Trump Media & Technology Group”un səhmlərinin qiyməti 70 faizdən çox bahalaşıb.
TodayPress xəbər verir ki, bu barədə “Barron's” maliyyə jurnalı məlumat yayıb.
Belə ki, “NASDAQ” elektron birjasının səhmlərinin qiyməti ilkin ticarətdə 77,6 faiz artıb. Eyni zamanda, “Trump” şirkətinin bir qiymətli kağızının dəyəri də hər səhmə görə 54,84 dollar təşkil edib.
Nəşrin məlumatına görə, bu günə qədər Trampın media şəbəkəsindəki səhmlərin dəyərinin artımı 63 faizə çatıb.
Töhfə Səməd
tag: ABŞ, Tramp, Sui-Qəsd, NASDAQ,Prezident, todaypress.az,