Trampın revanş siyahısı tərtib edildi
ABŞ prezident seçkilərində qalib gələn respublikaçı Donald Trampın qələbəsindən sonra qisas alacağına söz verdiyi adamların uzun siyahısı tərtib olunub.
TodayPress xəbər verir ki, siyahı “Politico”da dərc olunub.
Revanş siyahısına ABŞ-nin hazırkı prezidenti Cozef Bayden, onun oğlu Hunter, həmçinin Bayden ailəsinin digər üzvləri daxildir.
Buraya Trampın seçkilərdəki rəqibi Kamala Harris, ABŞ-nin keçmiş prezidenti Barak Obama, keçmiş dövlət katibi Hillari Klinton, Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi və başqaları da daxil edilib.
Qeyd edək ki, Tramp qələbə üçün tələb olunan 270 seçici səsindən 277-sini qazanıb.
Günəş Mərd
tag: Tramp, ABŞ, Seçki, Bayden, Harris, todaypress.az,