Trampın Qəzza ilə bağlı planları açıqlandı
Dünya
30.11.2024 14:18
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də vəzifəsinin icrasına başlamazdan əvvəl Qəzza zolağında atəşkəs və girovların azad edilməsini təmin etmək istəyir.
TodayPress xəbər verir ki, bu barədə “Axios” yazıb.
Qeyd olunub ki, bu, Trampın əsas prioritetlərindən biridir.
Xatırladaq ki, bundan öncə Fələstinin HƏMAS hərəkatının nümayəndə heyətinin Qəzza zolağında mümkün atəşkəslə bağlı Misir nümayəndələri ilə danışıqlar aparmaq üçün Qahirəyə gedəcəyi bildirilirdi .
Günəş Mərd
tag: Tramp,ABŞ,Qəzza,Atəşkəs,HƏMAS,Todaypress.az,