Trampın qələbə qazanmasının əsas səbəbi açıqlandı
"Donald Tramp noyabrın 5-də keçirilən seçkilərdə həyat səviyyəsinin aşağı düşməsi ilə bağlı qəzəbli nitqləri fonunda qalib gəlib. O, bütün bunları amerikalıların 46-cı prezidenti Cozef Bayden və Respublikaçı rəqibi Kamala Harrislə əlaqələndirirdi".
TodayPress xəbər verir ki, bu fikri "TASS"ın müxbiri ilə söhbətində Vaşinqtondakı Amerika Universitetinin Nüvə Tədqiqatları İnstitutunun direktoru, professor Piter Kuznik səsvermənin nəticələrini şərh edərkən deyib.
“İmmiqrantlara qarşı təhqirlərinə, ağların üstünlüyü ilə bağlı çıxışlarına, insanları zorakılığa çağırmağına, hipermillətçiliyinə baxmayaraq, amerikalıların çoxu Donald Trampı dəstəklədi. Bunu düşünmək məni ruhdan salır. Amerikalılar inflyasiya və immiqrasiyadan qəzəblənirlər ki, bu, onların fikrincə, ölkədəki həyat səviyyəsini aşağı salır" deyə professor bildirib.
Onun fikrincə, Respublikaçının inauqurasiyasından sonra Trampın deportasiya etməklə hədələdiyi milyonlarla mühacirlər, onun prinsiplərinə tabe olmadıqları təqdirdə kütləvi şəkildə işdən çıxarılacaq federal işçilər, abort hüququ olan qadınlar üçün “ov mövsümü" başlayacaq.
"Reallıq budur ki, Trampın keçmiş baş məsləhətçiləri onu faşist adlandırıblar. Mən onların haqlı olduqlarına inanıram" deyə Kuznik yekunlaşdırıb.
Töhfə Səməd
tag: Tramp, Qələbə, Dünya, Seçki, ABŞ, todaypress.az,