Trampın qayıdışı Avropadakı Amerika bizneslərini qorxudur
Dünya
20.01.2025 16:46
Avropada fəaliyyət göstərən hər 10 Amerika şirkətindən 9-u hesab edir ki, respublikaçı Donald Trampın Ağ Evə qayıtması onların biznesi üçün problem yaradacaq.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" Avropa İttifaqının Amerika Ticarət Palatasının keçirdiyi sorğuya istinadən məlumat yayıb.
Onlar yaxın illərdə transatlantik iqtisadi münasibətlərin pisləşməsinə səbəb kimi rüsumların tətbiqini göstəriblər. Bundan əlavə, respondentlərin 52 faizi etiraf edib ki, Aİ-nin öz hakimiyyət orqanlarının siyasəti nəticəsində mənfi nəticələr gözləyir. Şirkətlərin böyük əksəriyyəti Brüssel və Vaşinqtonu ticarət maneələrini azaltmaq üçün qüvvələri birləşdirməyə çağırıb.
Qeyd olunub ki, Aİ-nin Amerika Ticarət Palatasına 160-dan çox şirkət, o cümlədən "Apple", "Goldman Sachs", "Meta" və "Visa" daxildir.
Töhfə Səməd
tag: Tramp, ABŞ, Avropa, Meta, Visa, Dünya,todaypress.az,