Trampın qayıdışı Aİ-yə problem yaradacaq

Dünya

08.08.2024 15:07

“Donald Tramp yenidən ABŞ prezidenti seçilsə, Avropa İttifaqı iqtisadiyyatını ABŞ-dən daha az asılı vəziyyətə salmaq üçün tədbirlər görməyə məcbur olacaq. Əks halda, Aİ çətinliklərlə üzləşə bilər”.

TodayPress, “Bloomberg”ə istinadən xəbər verir ki, bunu İrlandiyanın dövlət xərcləri naziri Paskal Donohoe bildirib.    

“Biz Avropada öz iqtisadi muxtariyyətimizi və məhsuldarlığımızı dərinləşdirməyə davam etməliyik. Bu, ABŞ seçkilərdən sonra siyasətini dəyişərsə, daha güclü mövqedə olmağımıza imkan verəcək” deyə diplomat vurğulayıb.

Donohoe, həmçinin investorların avrozonada dövlət maliyyəsini yaxından izlədiklərini qeyd edib və borclu ölkələri, xüsusən də Fransanı büdcə kəsirlərini azaltmağa çağırıb. 

Günəş Mərd

tag: ABŞ, Tramp, Avropa İttifaqı, Avropa, Seçki, todaypress.az,