Trampın qardaşı oğlu Kamala Harrisə səs verəcək
Dünya
30.07.2024 22:58
ABŞ-nin keçmiş prezidenti
Donald Trampın qardaşı oğlu Fred Tramp seçkilərdə hazırkı vitse-prezident Kamala
Harrisə səs verməyi planlaşdırır.
TodayPress xəbər verir ki, o, bu barədə “ABC” televiziyasına
müsahibəsində bildirib.
Onun sözlərinə görə, Trampa səs
verməsə də, əmisi qalib gəlsə və o, dəvət edilərsə, inauqurasiyada iştirak etməyi
planlaşdırır.
“Ailələr mürəkkəbdir. Hər ailənin
dəli əmisi olur. Mənim əmim Donald dəlidir” deyə Fred Tramp deyib.
tag: Tramp, Fred Tramp, ABŞ, Seçki, Kamala Harris, todaypress.az,