Trampın Putini dəstəkləməyi Avropanı təəccübləndirdi

Dünya

12.05.2025 16:10

14

ABŞ prezidenti Donald Tramp Moskva və Kiyev arasında Türkiyədə baş tutacaq danışıqlar məsələsində Rusiyanı dəstəkləyib.   

TodayPress xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.   

Telekanalın şərhçisi Dominik Vaqornun sözlərinə görə, bu mövqe Avropa liderləri üçün gözlənilməz olub və onları “tərksilah edib”.   

Vaqorn qeyd edib ki, təxminən 30 ölkənin lideri 30 günlük məcburi atəşkəs üçün ilkin şərtsiz çağırış irəli sürdükdə, Trampın onları dəstəkləyəcəyini düşünüblər. Lakin o, sonda Rusiya prezidenti Vladimir Putinin tərəfinə keçib.   

Xatırladaq ki, Donald Tramp mayın 11-də Ukraynanı Rusiyanın danışıqlarla bağlı təklifini qəbul etməyə çağırıb.

O, həm Avropa, həm də ABŞ-nin bu prosesin nəticələrinə uyğun hərəkət etməli olduğunu vurğulayıb.   

Aysel Mətləb

tag: ABŞ,Tramp,Rusiya,Putin,Todaypress.az,