Trampın Putinə çevrildiyini əks etdirən dollarlar satışa çıxarıldı
Dünya
25.01.2025 13:20
Rusiya bazarlarında ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin şəkilləri olan suvenir dollarlar satışa çıxarılıb.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
Dolların bir tərəfində ABŞ prezidentinin sui-qəsd cəhdindən sonra səhnəni tərk etdiyi Pensilvaniyadakı mitinqdən çəkilmiş fotosu, digər üzündə Putinin portreti təsvir olunub.
Suvenir əskinası bir neçə onlayn platformada 500 rubla almaq olar.
Bu suvenir əskinaslar məhdud tirajla buraxılıb.
Nicat Osman
tag: Tramp,Putin,ABŞ,Mitinq,Foto,Todaypress.az,