Trampın prezidentliyinin ilk üç ayı başa çatdı
"ABŞ prezidenti Donald Tramp ilk üç ayında həm xarici, həm də daxili siyasətdə çox şeyə nail ola bilib".
TodayPress xəbər verir ki, bunu politoloq Aleksandr Asəfov Lenta.ru ilə söhbətində deyib.
O, Amerika liderinin hökumət aparatında islahatların aparılması və Ukrayna münaqişəsinin həlli ilə bağlı fəaliyyətindən danışıb.
Politoloq, həmçinin Trampın xarici xərcləri və ixrac təzyiqini azaltmağa çalışdığı tarif müharibələri vasitəsilə Amerika iqtisadiyyatını qorumaq cəhdlərini də diqqətəlayiq hesab edib.
O qeyd edib ki, ABŞ liderinin siyasətini qiymətləndirmək hələ tez olsa da, onun yanaşması artıq öz bəhrəsini verməyə başlayıb.
"Dövlət aparatının restrukturizasiyası, iqtisadiyyatın qorunması, razılaşmalar üçün yer yaradılması - bütün bunlar Trampın ilk üç ayının nəticələrinə daxil edilməlidir. Təbii ki, o, öz nailiyyətlərini tez-tez şişirdir, lakin nəticələr, həqiqətən, nikbindir" o yekunlaşdırıb.
Töhfə Səməd
tag: Tramp,ABŞ,Prezident,Dövlət,Todaypress.az,