Trampın Polşa prezidenti ilə görüşü ləğv edildi

Dünya

20.09.2024 23:23

ABŞ prezidentliyinə namizəd Donald Trampın Polşa prezidenti Anjey Duda ilə Pensilvaniyada görüşü ləğv edilib.

 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

"Donald Tramp və Polşa prezidenti Anjey Dudanın Pensilvaniya ştatında birgə çıxışı ləğv edilib" mənbədən bildirilib.

 

İclasın ləğv edilməsinin səbəbləri hələlik məlum deyil.

 

Qeyd olunur ki, Tramp üçün Pensilvaniya ştatında yaşayan təxminən 700 min polşalı amerikalının dəstəyi qarşıdan gələn prezident seçkilərində qələbə üçün həlledici ola bilərdi.

 

Aynur TAC

tag: Tramp, Pensilvaniya, Prezident, Seçki, ABŞ, Amerika,todaypress.az,